AZ

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdirilib - SƏBƏB

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində "Qarabağ" - "Neftçi" qarşılaşmasının məkanı dəyişdirilib.

PFL-dən İdman.bizə verilən məlumata görə, buna Tofiq Bəhramov adına Respublika Stadionunda təşkilati işlər səbəb olub.

Qarşılaşma "Azersun Arena"da baş tutacaq. Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib.

Qeyd edək ki, görüş mayın 4-də saat 19:30-da start götürəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla