AZ

Erməni sahibkarlar niyə Rusiyaya qaçır? - TƏHLİL

Ermənistandan təkcə mülki əhali qaçmır, həm də iş adamları ölkədən gedir. Yerli ekspertlər hesab edir ki, hökumətin tədbirləri ilə biznesin real ehtiyacları arasındakı uyğunsuzluğun yaradır. Ona görə də insanlar uğurlu biznes qura bilmirlər. Ölkədəki qeyri-sağlam atmosfer gizli iqtisadiyyatın böyüməsinə meydan açır.

Maraqlıdır ki, erməni sahibkarlar bizneslərini daha çox Rusiyaya köçürülər. Baxmayaraq ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi günbəgün qızışır. Sahibkarların Rusiyaya üz tutması onu göstərir ki, həqiqətən də Ermənistan iqtisadiyyatı Rusiyaya bağlıdır.

Məsələn, “Sputnik Ermənistan”-a müsahibəsində Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib ki,  Ermənistanda istehsal olunan malların 70%-dən çoxu Rusiya bazarında öz alıcılarını tapır, cari hadisələr fonunda digər müəssisələr də yerdəyişmə imkanlarını nəzərdən keçirəcək:

Cari hadisələr deyəndə təbii ki, anti-Rusiya əhval-ruhiyyəsi nəzərdə tutulur. Maraqlıdır ki, öz biznesini Rusiyaya köçürənlər arasında fermerlər daha çoxdur. Bir çox kənd təsərrüfatı və istixana təsərrüfatları artıq Krasnodar diyarına və Rostov vilayətinə köçüblər. Köçənlərinsə miqyası getdikcə böyüyür.

Nairi Sarkisyan deyib ki,  sahibkarları didərgin salan təkcə siyasi atmosfer deyil. İqtisadi faktorlar da öz təsirini göstərir. Beləki, erməni sahibkarlar istehsal xərclərinin və vergilərin səbəb bahaçılıq bütün sənayeni bürüyüb. Bundan əlavə, ixrac fəaliyyəti iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərir. Yuxarı Lars keçid məntəqəsinin vaxtaşırı bağlanması xeyli çətinliklər yaradır, logistika xərclərinin artmasına və müvafiq olaraq, malların son maya dəyərinin artmasına səbəb olur.

Daha bir maraqlı fakt odur ki, 2022-ci ildə Rusiyadan Ermənistana köçən bir çox şirkət artıq ölkəni tərk edib, bu tendensiya sənaye ekspertləri tərəfindən də təsdiqlənib. Yaxın gələcəkdə digər yerli İT şirkətlərinin də nümunə götürməsi ehtimalı var.

Auditorlar Palatasının sədri vurğulayıb ki, nəticəyönümlü biznes Ermənistanı tərk edərək öz yerini kazino və onlayn oyunlar kimi yeni sahələrə verir. Trend bu sahədə daimi artımla təsdiqlənir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin açıqladığı məlumatlara görə, qumar və lotereya təşkil edən üç iri şirkətin gəlirləri xeyli artıb. 2023-cü ilin birinci rübündə üç bukmeker kontorunun ödədiyi vergilərin ümumi məbləği 4 milyard 917 milyon dram təşkil edib. Halbuki 2024-cü ilin birinci rübündə bu məbləğ iki dəfə artaraq 8 milyard 724 milyon dram olub.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla