AZ

Çinin sahil mühafizəsi Filippin gəmisinə su ilə “atəş açdı“ - VİDEO

Çin hərbçiləri ilə Filippin hərbçiləri arasında maraqı insident yaşanıb.  

News365.az GMA News telekanalına istinadən xəbər verir ki, Çinin sahil mühafizə gəmiləri Filippin Sahil Mühafizəsinin patrul gəmisi BRP Bagacay-a qarşı su şırnaqlarından istifadə edib. Telekanalın məlumatına görə, Filippin gəmisi Cənubi Çin dənizində Skarboroya doğru gedirmiş. Hadisə nəticəsində gəminin məhəccərinə ziyan dəyib.

Qeyd edilir ki, eyni ərazidə Çin Xalq Respublikasının gəmiləri balıqçılara ərzaq və yanacaq çatdırmaq üçün hərəkət edən Filippin Balıqçılıq və Su Resursları Bürosu gəmisinə qarşı da su şırnaqlarından istifadə edibmiş.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla