AZ

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

Bakı, 30 aprel, AZƏRTAC

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında keçirilən Avropa çempionatının bağlanış mərasimi olub.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qitə birinciliyinin qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən iti zəka sahibləri təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
7
Mənbələr
Şərh ()
Bağla