AZ

Bu ölkə 7 saatlıq iş gününə keçir

Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Naida Nişiç ilin sonunadək ölkədə 7 saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.

Herbiand.az xəbər verir ki, o, bu barədə Monteneqronun RTCG ictimai yayımına müsahibəsində bildirib.

Monteneqroda iş saatlarının azaldılmasının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala Nişiç belə cavab verib: “Baş nazir Miloyko Spaiçin seçki kampaniyası zamanı elan etdiyi məsələ bu il baş verəcək”.

Monteneqronun Əmək Nazirliyinin rəhbəri də sosial müavinətlərə daha ədalətli yanaşmanı, lakin onların ləğvini açıqlayıb. Həmçinin, Pensiya Sığorta Fondunda və Müvəqqəti Əlillik Sığortasında islahatların aparılacağı da bildirilib.

Xatırladaq ki, iş həftəsinin 40 saatdan 35 saata endirilməsi ideyası ötən il Monteneqronun yeni prezidenti Yakov Milatoviçin “Europe Now” partiyası tərəfindən parlament seçkiləri ərəfəsində irəli sürülüb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla