AZ

Dubayda AIM Konqres İnvestorlar Sammiti keçiriləcək

Bu ilin 7-9 may tarixində Dubayda AIM Konqres İnvestorlar Sammiti keçiriləcək. 

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, 450 sessiya və 7 yüksək səviyyəli stolüstü iclasdan ibarət olacaq sammitin Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi nəzərdə tutulub.

Sammitdə 25-dən çox ölkənin naziri, 45 şəhərin meri, 12 mərkəzi bank rəhbəri, 900-dən çox məruzəçi, 9 qlobal birja, 50-dən çox unicorn şirkəti və 175 ölkəni təmsil edən 12 000-dən çox nümayəndə iştirak edəcək. 

Bundan başqa, 2023-cü ilə qədər idarə olunan 1,2 trilyon dollar aktivi olan və Koreyanın aparıcı fond idarəçilərindən biri kimi tanınan "LB Investment"in də iştirakı gözlənilir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla