AZ

Oğlundan Əlikrama: “Sən haranı oxumusan?”

“Mənim Konservatoriyaya qəbul olmağıma atamdan başqa hamı sevindi”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əlikram Bayramovun müğənni oğlu Qalib Bayramov “7 tamam” verilişində deyib.

Oğlunun bu sözlərinə əsəbləşən Əlikramsa Qalibin müğənni olmağının əleyhinə olduğunu bildirib:

“Məni hər kəs tanıyır, bilirlər ki, necə qəlbim var. Mən oğlumu bu sənətdə görmək istəməmişəm. İndi evdə sinəsinə döyür, “sənətkaram” deyə-deyə gəzir. Mənə deyir ki, “haranı oxumusan? Mən Konservatoriyanı bitirmişəm, sən bundan sonra harada oxuyacaqsan?” Olsun, oğul, olsun. Eybi yoxdur. İndi sən oxumusan, bizim imkanımız olmayıb oxumağa, arxamızda Əlikram kimi atamız olmayıb”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla