AZ

Bu gün Xalq artisti Əminə Dilbazinin anım günüdür

Bu gün Xalq artisti, rəqqasə Əminə Dilbazinin anım günüdür.

BAKU.WS xatırladır ki, Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub.

Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

İlk təhsilini Bakıda 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqasə ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışıb və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edib.

Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə, 1962-65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967-68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik edib. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olub.

Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, Ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın, bu olsun” komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. “Arşın mal alan”, “Ulduz”, “Yallı”, “Sevinc” filmkonsertində lentə çəkilib.

1954-cü il 25 sentyabr tarixində “Azərbaycan SSR Əməkdar artisti”, 1959-cu il 10 iyun tarixində “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. “İstiqlal”, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı Ümumdünya Festivalının qızıl medalı ilə təltif olunub. 2002-ci il 11 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17032
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11741
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5329
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5250
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3697
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3231
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3204
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3023
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2999
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2739
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2494
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2370
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2258
Hidayət Heydərov dünya çempionu oldu
2023
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1888