AZ

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

Çempionlar

Bakı, 30 aprel, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Almaniya "Bavariya"sı doğma meydanda İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək.

“Alyants Arena”da oynanılacaq görüş saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

30 aprel

23:00. “Bavariya" (Almaniya) - “Real Madrid” (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

Münhen, “Alyants Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
4
Mənbələr
Şərh ()
Bağla