AZ

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanıldı

Qazaxıstanın keçmiş daxili işlər naziri, prezidentin keçmiş müşaviri Erlan Turqumbayev saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Tuqumbayev ağır nəticələrə səbəb olan vəzifə və səlahiyyət həddini aşma maddəsi ilə ittiham olunur.

Baş Prokurorluqdan bildirilib ki, cinayət işində dövlət sirri təşkil edən məlumatların olduğu nəzərə alınaraq, ibtidai istintaqın digər məlumatları açıqlana bilməz.

Turqumbayev 2019-cu ilin fevralından Daxili İşlər Nazirliyinə rəhbərlik edir. 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən və 238 nəfərin ölümü ilə nəticələnən iğtişaşlardan sonra o, nazir vəzifəsindən uzaqlaşdırılıb, 2022-ci ilin fevralında isə o, prezidentin müşaviri vəzifəsinə təyin edilib, 2022-ci il avqustda bu vəzifəni itirib.

2024-cü ilin martında o, yanvar iğtişaşları zamanı asayişin təmin olunmaması və işgəncələrin tətbiqi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı cinayət işlərinin istintaqı çərçivəsində dindirilib.


Telegram kanalımız
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla