Türkiyədə FETÖ-yə qarşı daha bir əməliyyat: 16 nəfər tutulub
Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar səngimir.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada FETÖ-nün "hərbi qanadı" ilə bağlı növbəti əməliyyat keçirilib.
Bu barədə Ankara Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, vaxtilə Quru Qoşunları Komandanlığında "təşkilatlanan" 16 FETÖ üzvü saxlanılıb: "Onların haqqında həbs qətimkan tədbiri seçilib".
E.ARAZ
Reyting.az