AZ

Çaykənd əməliyyatından 33 il ötür

Bu gün Çaykənd əməliyyatının keçirilməsindən 33 il ötür.
 
30 aprel 1991-ci ildə “Halqa” (“Çaykənd əməliyyatı”) başladı, onun məqsədi Azərbaycanın Xanlar (indiki Göygöl) və Goranboy rayonlarında qeyri-qanuni Ermənistan silahlı birləşmələrinin silahsızlaşdırılması idi. Əməliyyat nəticəsində dinc azərbaycanlılara hücumların baş verdiyi Çaykənd, Qarabulaq, Kamo, Yeni Zod, Todan və digər yaşayış məntəqələri qeyri-qanuni erməni silahlı birləşmələrindən azad edildi
 
Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
 
 İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Çaykənd kəndi Azərbaycana qaytarıldı.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla