AZ

"Hər şey nümunəvi formada, planlı şəkildə həyata keçirilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

""Böyük Qayıdış"la bağlı mətbuatda kifayət qədər məlumatlar verilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Millət vəkili bildirib ki, bunu Cənab Prezident hər dəfə görüşlərdə də qeyd edir: ""Böyük Qayıdış"la əlaqədar, təbii ki, işlər davam edir. Hətta sürətlənir. Amma nəzərə almaq lazımdır ki, hələ Qarabağda böyük layihələri yenə də reallaşdırmaq lazımdır. İnfrastruktur layihələri, əvvəlcə yaşayış evləri tikilməlidir, insanlara iş yerləri açılmalıdır. Bu, ən vacib məsələdir. Təkcə insanları oraya köçürməklə iş düzəlməyəcək. Gərək onların iş yerləri olsun. Kənd təsərrüfatı ilə, gələcəkdə turizmin inkişafı ilə əlaqədar layihələr var. Bunlar həyata keçiriləcək.

Kənd təsərrüfatı layihələri həyata keçirilən kimi ondan sonra Qarabağ ərazisində emal müəssisələri açılmağa başlayacaq. Hər şey nümunəvi formada, planlı şəkildə hazırlanır. Yəni xaotik heç bir addımlar atılmır. Yaranan "ağıllı kənd", "ağıllı şəhər"lər də planlı şəkildə yaranır.

Düşünürəm ki, bu proses hələ kifayət qədər çəkəcək. Ona görə ki, bizim orada çoxlu işlərimiz var. Bu işləri də biz uğurla həyata keçiririk".

Müəllif: Söylü Ağazadə
Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla