AZ

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri Braziliya Federativ Respublikasının Belu-Orizonti şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupu (INSARAG) tərəfindən təşkil olunmuş Beynəlxalq Axtarış-xilasetmə Dəstə Komandirlərinin görüşündə iştirak edib.

APA FHN-ə istinadən xəbər verir ki, görüşdə INSARAG Katibliyinin təqdim etdiyi cari il üzrə yeniliklər və gələcək planlar barədə məlumat verilib, 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı beynəlxalq dəstələrin fəaliyyəti müzakirə olunub, əldə olunmuş təcrübələr bölüşülb, qurumun təlimatlarının daha da təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonra İşçi qruplarında - INSARAG Xarici Klassifikasiya/Reklassifikasiya, INSARAG Təlimatı, İnformasiyanın İdarəedilməsi, Milli Bacarıqların Qurulması, Tibb üzrə İşçi qruplarında da zəruri müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Tədbirin sonunda İşçi Qruplarında aparılmış müzakirələrin nəticələrinə dair təqdimatlar izlənilib.

FHN-in FHN-in

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla