AZ

Azərbaycanda istehsal olunan ətin, südün və yumurtanın miqdarı artıb

Cari ilin birinci rübündə Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 139,2 min ton ət istehsal edib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% və ya 900 kiloqram çoxdur. 2023-cü ilin birinci rübündə bu, 138,3 min ton miqdarında olub.

Bununla yanaşı, cari ilin yanvar-mart aylarında 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta istehsal olunub ki, bu da illik müqayisədə müvafiq olaraq 0,6% (3,1 min ton) və 5,2% (28,2 milyon ədəd) çoxdur.

Əvəz Həsənov
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla