AZ

“Azər-Türk Bank” maliyyə göstəricilərini açıqlayıb

“Azər-Türk Bank” ASC bu ilin I rübünü 7 milyon 907 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

“Azər-Türk Bank”ın gəlirləri bu ilin yanvar-mart aylarında 31,59 milyon manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 51,4% çoxdur. Bankın xərclərinin həcmi 22,219 milyon manat təşkil edib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,7% çoxdur, mənfəət vergisi ödəmələri isə 705 min manat (11,9 % az) təşkil edib.

Hesabat dövründə “Azər-Türk Bank”ın aktivləri 1 milyard 458,532 milyon manat olub ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 59,7% çoxdur. Bankın kredit portfelinin dəyəri 663,427 milyon manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 83,8% çoxdur. 

“Azər-Türk Bank”ın öhdəlikləri 62,5% artaraq 1 milyard 366 milyon 23 min manata, depozit portfeli 2,3 dəfə artaraq 912 milyon 177 min manata çatıb.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla