AZ

İctimai səhiyyə fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı “Elmin gücü ilə yaşıl gələcəyə!” şüarı altında baş tutub

ATU-nun İctimai səhiyyə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti XLVII konfransı keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, konfarns “Elmin gücü ilə yaşıl gələcəyə!” şüarı altında baş tutub.

 

Xatırladaq ki, bu şüar təsədüfi seçilməyib. Belə ki, dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Məhz bu möhtəşəm Sərəncama həsr olunan konfransın açılışında ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, ATU TEC-nin elmi rəhbəri, dosent Müşfiq Həsənov, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, İSF TEC-nin elmi rəhbəri, dosent Fərəh Baxışlı və TEC-in sədri Fəridə Məmmədova iştirak ediblər.

 

Tələbələrin 2 gün ərzində 3 bölmə üzrə elmi işləri təqdim olunub. I bölmə İctimai sağlamlıq və səhiyyənin təşkili, Qidalanma və tibbi ekologiya, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, II bölmə Bioloji kimya, Epidemiologiya və biostatistika, Fizioterapiya və tibbi reabilitasiya, III bölmə isə Tibbi mikrobiologiya və immunologiya, Yoluxucu xəstəliklər, Ağciyər xəstəlikləri kafedralarını əhatə edib.

 

Konfransın sonuncu günü İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru Rafiq Çobanov, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova, Epidemiologiya və biostatistika kafedrasının müdiri, ə.e.x., professor İbadulla Ağayev, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Məhərrəm Məhərrəmov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə və Asterias Təlim və İnkişaf Mərkəzinin təsisçisi Nərgiz Çalbay tələbələri uğurlu çıxışlarına görə təbrik ediblər. Bundan sonra isə İSF dekanı, dosent Qalina Qəniyeva, TEC-in elmi rəhbəri, dosent Fərəh Baxışlı və TEC-in sədri Fəridə Məmmədova tərəfindən münsiflər heyətinə və konfransın təşkilində iştirak edən fəal tələbələrə təşəkkürnamələr, məruzə ilə çıxış edən tələbələrə diplom və sertifikatlar təqdim olunub. Tələbələrin elmi rəhbərləri sertifikatlarla mükafatlandırılıblar. Daha sonra ən innovativ iş, ən aktual iş, ən yaxşı prezentasiya, ən yaxşı natiqlik bacarığı və gələcəyin alimi kateqoriyaları üzrə diplomlar verilib.

 

Ən yüksək səviyyədə hazırlanmış 4 elmi-tədqiqat işinə isə 1-ci dərəcəli diplom verilib ki, bunlar universitet üzrə keçirilən tələbə elmi konfrasında qaliblərə təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla