AZ

AzTU-nun şəhid məzun və tələbələri... - FOTOLAR

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Sorğumuzu  cavablandıran Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərova qeyd edib ki, universitetin 58 şəhid məzun və tələbələri var:

 

“Birinci Qarabağ müharibəsindən 19, Aprel döyüşləri 4, Vətən Müharibəsindən 35t nəfər şəhid olub. Vətən müharibəsində şəhid olan 35 nəfərdən 29 nəfəri məzun olmuşdu. 29 nəfərdən bir nəfər magistr məzunu idi. 28-i bakalavr səviyyəsindən məzun olmuşdu. Birinci Qarabağ müharibəsi zamanı 19 şəhidimiz olub. Onların əksəriyyəti təhsilini yarımçıq qoyub müharibəyə getmişdi”.

 

Milli Qəhrəmanlar: “Şövqıyar Abdullayev, Çingiz Babayev, Rövşən Əliyev, Seymur Məmmədov, Hikmət Nəzərli, Kamil Nəsibov, Elman Hüseynov, Fariz Qəhrəmanov, Zabit Quliyev, Çingiz Qurbanov”.

 

1-ci Qarabağ müharibəsində şəhid olan tələbələr: “ Şahin Babaxanov, Kamal Cahangirov, Vaqif Dərvişov, Yaqub Əhmədov, İlqar Əhmədov, Bəhmən Əliyev, Elşad Əliyev, Sahib Əliyev, Ceyhun İbrahimov, Seymur Kərimov, Əlisuvar Məmmədov, Kamran Mirzəməmmədov, Bəhruz Nuriyev, Nurəddin Qasımov, Elçin Quliyev,Xalid Quliyev, Nurəddin Ramazanov, Ramiz Salmanov,İlqar Zülfüqarov”.

 

Aprel döyüşləri şəhidləri: “Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin Mirzəyev, Müşfiq Orucov”.

 

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə və məzunlar: “Hüseyn Abbasov, Elçin Bağırov, Natiq Baxşəliyev, Cavid Bayramov, Mahmud Cavadov, Elşən Əhmədli, Nurlan Əhmədli, İmran Əliyev, Rauf Əliyev, Ziyadxan Əliyev, Elçin Əzizov, Hacıəhməd Hacıəhmədli, Elçin Həsənli, Əliheydar Hüseynli, Bəhruz Hüseynov, Məhəmmədəli İbrahimli, Kamran İsgəndərli,Rəşad Mehdiyev, Cəmil Məmmədli, Elcan Məmmədov, Kamal Məmmədov, Murad Məmmədov, Azər Musazadə, Yasin Məmmədov, Anar Məmmədzadə, Rüfət Mustafayev, Babək Namazov, Raul Piriyev, Eltun Qasımov, Aslan Rzayev, Ələddin Səidov, Seymur Sərxoşov, Anar Şükürov, Tural Xudiyev, Rəşad Zeynallı”.

 

Qeyd edək ki, universitetdə şəhidlərin adları auditoriyalara verilib:

 

“Onların anım və doğum günləri ilə bağlı mütəmadi tədbirlər keçirilir. Tədbirlərdə şəhid tələbə və məzunların ailə üzvləri, yaxınları iştirak edir. Mütəmadi olaraq şəhidlərimizin xatirəsinə həsr olunan açıq dərslər keçirilir”.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla