AZ

Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...

Xəbər verildiyi kimi, Ermənistan İstintaq Komitəsi aprelin 24-də baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "Tsitsernakaberd" memorial kompleksini ziyarəti zamanı baş vermiş insidentlə bağlı cinayət işi açıb.
 
Belə ki, etirazçı ermənilər Anna Akopyanı görən kimi Paşinyana qarşı şüarlar və söyüşlər səsləndiriblər. Anna və yanındakı azyaşlı qorxudan çaşqın vəziyyətə düşüblər. İndiyə qədər 7 nəfər həbs edilib. 
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, Paşinyanın arvadının təhqir olunmasına görə həbs edilənlər arasında 62 yaşlı yaşlı “Demokratik qütb” hərəkatının üzvü Tiqran Drmeyan da var. Ona qarşı baş naziri söydüyünə görə ittiham irəli sürülüb. 
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi çərçivəsində baş nazir Nikol Paşinyanın vətəndaşların etirazından sonra stress keçirən həyat yoldaşı Anna Akopyanı da dindirəcəklər.
 
S.Laçın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla