Şəmkir rayonu Kür qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Manset.az “Report”aistinadən xəbər verir ki, hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini - 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.