AZ

Bir sıra rayonlarda qaz kəsiləcək

Bakı. Trend:

Bu gün Bakının Binəqədi, həmçinin, Masallı, Kürdəmir və Yardımlırayonlarında qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Alatava” qazpaylayıcı stansiyasında (QPS)Tbilisi prospekti qaz xəttində, "Kürdəmir” və “Sığırlı” ölçüqovşaqlarından qidalanan orta təzyiqli yeraltı qaz xətlərində,"Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində aşkarolunmuş qaz sızmalarının ləğv edilməsi və kəmərin 12,4-cü km-də yolkeçidində futlyarın yenilənməsi, eləcə də, “Masallı Sənaye” qazölçü qovşağı üzərində quraşdırılmış kollektorun girişindətənzimləyici qurğunun quraşdırılması ilə bağlı aprelin 30-da saat09:00-dan "Kürdəmir” və “Sığırlı”, saat 10:00-dan isə “MasallıSənaye”, "Əngəvül” ölçü qovşaqlarından və Tbilisi prospekti qazxəttində qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi (M.Ə.Rəsulzadəqəsəbəsinin Koroğlu, Üzeyir Hacıbəyov, Faiq Rüstəmov küçələri) vəMasallı rayonlarının bir hissəsinin, Kürdəmir və Yardımlırayonlarının isə tam olaraq qaz təchizatında müvəqqəti fasiləyaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
37
Mənbələr
Şərh ()
Bağla