Astana. Trend:
Qazaxıstanın keçmiş daxili işlər naziri Yerlan Turqumbayevtutulub.
Trend xəbərverir ki, Qazaxıstan Baş Prokurorluğu məlumatı təsdiqləyib.
Məlumata görə, Turqumbayev Qazaxıstan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən ağırnəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəetdiyinə görə aprelin 29-da saxlanılıb.
Cinayət işində dövlət sirri təşkil edən məlumatlarınmövcudluğunu nəzərə alaraq, digər məhkəməyəqədər istintaqməlumatları açıqlanmayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)