AZ

ABŞ Ukraynanın NATO-ya daxil olması üçün mümkün tarixi müəyyənləşdirib

Ukrayna yaxın bir neçə il ərzində NATO-ya qəbul edilməyəcək.

Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji planlaşdırma üzrə baş direktoru Tomas Rayt bildirib. Onun sözlərinə görə, Ukraynanın NATO-dakı rolu məsələsi “ikili”dir. Rayt qeyd edib ki, ölkə hazırda böyük müharibənin ortasındadır və Qərb yaxın bir neçə il ərzində Ukraynanın müdafiəsini gücləndirməkdə qərarlıdır.

Bundan əvvəl kp.ru məlumat vermişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski NATO baş katibinin Kiyevə səfərindən sonra məyusluğunu gizlədə bilməyib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
Mənbələr
Şərh ()
Bağla