AZ

"Avtomotervis" ASC-nin xalis mənfəəti 27% azalıb - HESABAT

"Avtomotervis" ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər veriri şirkət, ötən ili 32,1 min manat xalis mənfəətlə başa vurub. Lakin 2022-ci ildə bu göstərici 43,7 min manat idi. Beləliklə xalis mənfəət son bir ildə 11,6 min manat və ya 26,5% azalıb.

Hesabat dövründə şirkət 8 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 2,9 min manat (26,6%) azdır.

Bu dövrdə şirkətin əsas əməliyyat gəlirləri 453,6 min manat, satışın maya dəyəri, 380,3 min manat, ümumi mənfəəti 73,3 min manat olub.

İllik müqayisədə əsas əməliyyat gəlirləri 15,8 min manat (3,6%), satışın maya dəyəri, 29,4 min manat (8,4%) artıb, ümumi mənfəəti 13,6 min manat (15,7%) azalıb.

Xəbər yenilənəcək...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla