AZ

Gəncədə vəba xəstəliyi ilə bağlı seminar keçirilib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasınında “ Vəba xəstəliyinin epidemiologiyası, klinika, diaqnostika, müalicə və digər xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik və əksepidemik tədbirlər ” mövzusunda seminar keçirilib.

 

Bu məlumat Aztibb.az-a xəstəxanadan verilib.

 

Seminarda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini Xalidə Sadıqova açılış nitqi ilə çıxış edib.

 

Daha sonra Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin həkim-epidemioloqu Ramilə Piriyeva və direktor müavini Musa İsayev vəba xəstəliyinin epidemiologiyası, klinika, diaqnostika, müalicə və digər xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik və əksepidemik tədbirlər haqqında məlumatlar və müvafiq tapşırıqlar verib.

 

Təlimdə tibb müəssisəsinin, Gəncə və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla