AZ

Azərbaycanda ilk dəfə "Musiqinin gücü" layihəsi Gəncədə təqdim olunacaq - VİDEO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ilk dəfə "Musiqinin gücü" layihəsini həyata keçirəcək. Layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları baş tutacaq.

"Musiqi gücü" layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə ilk konsert proqramı Xan bağında  6 may saat 19:00-da baş tutacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla