AZ

Maşın maneəyə çırpıldı - Sürücü yaralandı

Bakı. Trend:

Şəmkirdə maşın yol kənarındakı maneəyə çırpılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Şəmkir rayonu, Kür qəsəbəsində yol-nəqliyyathadisəsi baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətininmüvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW”markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, 1 nəfəravtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərmüxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətiüzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla