Aprelin son günü respublika ərazisində 32 dərəcə isti gözlənilir.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda yağmursuz hava şəraiti, gecə 14-17° isti, gündüz 25-30° isti təşkil edəcək.
Bölgələrdə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Rayonlarda gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti proqnozlaşdırılır.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta