AZ

Mələkxanımın oğlu: “Ərə gedən bacım Nəzrin üçün darıxıram” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova müğənni Mərdan Kazımovla ailə qurub. 

Bizim.Media xəbər verir ki, toydan sonra “Evdəkilərə salam” verilişi sənətkarın Masasızda yerləşən dəbdəbəli yeni villasında qonaq olub. 

Nəzrinin Azərbaycan Diplomatik Akademiyasının ikinci kursunda təhsil alan qardaşı Nicat bacısı üçün artıq darıxdığını bildirib: 

“Sözün düzü təbii ki, bacım Nəzrin üçün darıxıram. Amma əsas olan məsələ bacımın xoşbəxtliyidir. Nəzrin xoşbəxt olsun, bu mənə yetər”. 

Mələkxanım evinin sonbeşiyi sayılan oğlunun tək yaşamaq istədiyini vurğulayıb:

“Ailə quran üç övladım hamısı ayrı yaşayır. Oğlum Nicata deyirəm ki, “Sən evin sonbeşiyisən. Sən bizimlə yaşa. Biz tək qalmayacayıq ki...” O isə cavab verir ki, “Xeyir ola!?”. 

Anasının bu sözlərinə Nicat fikirlərini ifadə edib: “Bu haqda qərar vermək hələki, tezdir. Zaman özü göstərəcək. Amma mən tək yaşamaq istəyirəm və bu mənim öz seçimimdir. Tək yaşasam daha yaxşı olar. Çalışacağam ki, zəhmətimlə özümə ev alım”. 

M.Eyubova hər üç qudası ilə gözəl münasibətdə olduğunu dilə gətirib:  “Artıq üçüncü övladdır ki, xeyir işini edirəm. Onlar ailə qururlar. Mən hər bir qudamla çox mehribanıq. Uşaqlardan əvvəl isə biz mehriban olmalıyıq. Dörd nəvəm var”. 

Qeyd edək ki, Mələkxanım Eyubova  Xosrov Nəcəfov adlı şəxslə ailəlidir. Polis polkovniki Xosrov Nəcəfov 2021-ci ildə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Cütlüyün 4 övladı var. 
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla