AZ

Qazandığım medala görə çox xoşbəxtəm - Nikita Simonov

Bakı. Trend:

Qazandığım medala görə çox xoşbəxtəm.

Trend xəbərverir ki, bu sözləri İtaliyanın Rimini şəhərində keçirilən Avropaçempionatında gümüş medal qazanan Azərbaycan gimnastı NikitaSimonov jurnalistlərə açıqlamasında deyib.

O, yarışın kifayət qədər çətin keçdiyini bildirib: "Aprelin20-də Qətərin paytaxtı Dohada keçirilən yarışdan sonra Avropaçempionatına hazırlaşdıq. Düzdür, çətin olsa da, biz bu cürsituasiyalara öyrəşmişik".

Tarixi nəticə qazanan gimnast bundan sonra iştirak edəcəyiyarışlarda daha böyük uğurlar qazanmaq üçün əlindən gələniedəcəyini söyləyib.

N. Simonov bu nəticə ilə Azərbaycanın kişi idman gimnastikasıtarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibiolub.

Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasındaidman gimnastikası üzrə Avropa çempionatı keçirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla