İdman
Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı
Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.