AZ

Kəmalə Müzəffər: “Hər gün məktəbdə buna görə məni evə göndərirdilər” - VİDEO

Əməkdar artist Kəmalə Müzəffər məktəb illərində ayaqqabılara yaranan sevgisindən söz açıb.  

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Dikdaban” verilişində danışıb.

Aktrisa bildirib ki, üçüncü sinifdə oxuyarkən dikdaban ayaqqabılara marağı yaranıb: 

“Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaban ayaqqabıda idi, geyinmək istəyirdim. Beşinci sinifdə oxuyanda anamı məcbur etdim, küsdüm, ağladım ki, mənə hündür “tangetka” alsın. Dedi ki, “Məktəbdə bunu geyinməyə qoymayacaqlar”. Cavab verdim ki, qoysalar da, qoymasalar da geyinəcəyəm. Anam bir sandal da aldı ki, məktəbdə qoymasalar bunu geyinərsən. Mən də onları çantamda özümlə aparırdım. Hər gün məktəbdə məni buna görə sıradan çıxarıb evə göndərirdilər ki, ayaqqabılarımı dəyişim. Çantadan çıxarıb geyinirdim, amma evə gedəndə yenidən dəyişirdim”. 


 
Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla