AZ

10 mindən çox sakin iki həkimin ümidinə qalıb: Ancaq təzyiq ölçüb, iynə vururlar - VİDEO

10 mindən çox sakin iki həkimin ümidinə qalıb: Ancaq təzyiq ölçüb, iynə vururlar - VİDEO

Astara rayonunun Ərcivan qəsəbəsində yerləşən ailə sağlamlıq mərkəzinin bir köhnə binası qalıb. Sakinlər bura ancaq uşaqlarının peyvənd olunması, təzyiq ölçmək və iynə vurdurmaq üçün müdafiə edirlər. Çünki burada nə laboratoriya, nə lazımi tibbi ləvazimatlar nə də mütəxəssislər var. Binanın vəziyyətindən isə danışmağa dəyməz.

Ərcivan qəsəbə Ailə Sağlamlıq Mərkəzi xəstəxana kimi 1995-ci ildən fəaliyyət göstərir. O vaxtdan xəstəxanada mütəxəsislər, doğuş şöbələri, diş həkimləri və terapevtlər olub. Həmin həkimlər pensiyaya çıxandan sonra onlar yerinə gələn olmayıb.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı sakinlər Apa TV-yə danışıb:

"Xəstəxanada şəraitsizlik var və təmirsizdir. Bu bizim üçün çox çətin olur. Əsasən qış ayları bu çətinlik özünü göstərir. Çünki istilik sistemi yoxdur. Uşaqları gətiririk və soyuq olduğu üçün otaqlar isinmir. Uşaqların peyvəmd vaxtı gələndə onların paltarını çıxarmaqda çox problem yaşayırıq. Daha sonra isə uşaqlar üşüyür və xəstələnirlər. Xəstəxana yaxın olduğu üçün buraya gətiririk".

Ətraflı Apa TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla