AZ

Qadın olduğu üçün Nobel mükafatı verilmədi: Dünyanı dəyişən fizik

Elm tarixinə səyahət etdikdə, kişilərin hökmranlığını açıq-aşkar görürük.


Elmin gedişatını dəyişdirənlər arasında qadın tapmaq çətindir. Bu, təbii ki, təkcə kişilərin elmlə daha çox məşğul olması ilə bağlı deyil.

 

Sfera.az tarix boyu müxtəlif səbəblərdən elm sahəsindən kənarda qalan qadınlardan birini, dühası sərhəd tanımayan alimi sizə yaxından təqdim edir. 

 

Yalnız bir neçə qadının təhsil ala bildiyi o qəribə tarixlərdə başlayan və nüvə fizikasının əsaslarını qoymağa davam edən həyat.


Lise Meitner 1878-ci ildə Vyanada anadan olub. Onu çox maraqlı bir kainat qarşıladı. Vyanada qadınlar 14 yaşına kimi təhsil ala, sonra isə çox məhdud peşələrdə özlərini göstərə bilirdilər. Əslində, o, bir qədər şanslı olsa da, fərqində olmadan dünyanı dəyişməyə başladı.

 

 

1897-ci ildə bəzi fakültələrdə qadınlar üçün ali təhsil yolları açılmağa başladı. Lise imtahanlardan uğurla keçmək üçün fərdi dərslər almağa başlayır. Sıxılmış qrafiklə kursları 2 ilə sığdırmağa çalışırdılar. İmtahan günü gələndə Lise uğur qazanan nadir insanlardan biri idi.

 

Fizikaya olan həvəsi ona o qədər təsir etdi ki, o, Vyana Universitetində fizika üzrə doktorluq dərəcəsi alan ilk qadın oldu.


O, doktoranturadan sonra daha da irəli getməyi hədəfləyirdi. Bu imkanların olduğu yer təkcə Almaniya olsa da, orada belə qadınların təhsili ilə bağlı bəzi qaydalar tətbiq olunurdu.

 

Birlikdə işləmək üçün fizik Maks Planka müraciət etdikdə maraqlı səbəbə görə rədd edildi: Təbiət qadınların peşələrini ana və evdar qadın kimi göstərdiyi üçün bu, təbii qanunlara etinasızlıq və ciddi zərər verə bilər.

 

Lakin Lise bu bəhanələri dəf edəcək zəkaya sahib idi, təkidi ilə Plankın bütün sərt qadağalarını aşdı və onunla işləməyə başladı.


Araşdırmalar aparılmağa başlasa da, tam qəbul olunduğunu söyləmək mümkün deyildi. Məhz bu zamanlar o, Otto Hahnla tanış oldu.


Kimya sahəsində bacarıqlı Hahn və fizikaya həvəsi olan Lise birlikdə işləməyə başladılar. Hahn kişi olduğu üçün təbii olaraq laboratoriyada işlədiyi halda, Lisenin belə bir imkanı yox idi. O, zirzəmidə özünə layiq görülən kiçik dülgərlik dükanından yemək yeyirdi və bundan başqa, hətta binanın ətrafında gəzməyi belə ona xor görürdülər.

 

 

Onu bu qəribə vəziyyətə salan isə həmin institutda əsas söz sahibi olan şəxs-institutun rəhbəri Emil Fişer idi.


Kimya üzrə Nobel mükafatı almış bir alim olsa da, niyə qadın istəmədiyini soruşduqda zəkasına zidd bir cavab verirdi:

 

-Qadınlar laboratoriyaya girsə, saçları alov tutub yanacaq, ona görə də iş mühitimizi təhlükə altına qoya bilmərik.

 

Elmə həvəsli olsa da, Lise rəsmi iş yeri olmadığı üçün maddi sıxıntılar yaşamağa başladı.


O, gəlir əldə etmək üçün məqalələr yazır, lakin bəzən bu yazıları öz adı ilə çap etdirə bilmirdi. Bu illərdə Almaniyada qadınların elmi nəşrləri qadağan edildi, ona görə də o, L. Meitner kimi ancaq ara-sıra məqalələrini dərc edə bilirdi.

 

1909-cu ildə bu qanun nəhayət ləğv edildikdə, Lise gec də olsa, laboratoriyada işləmək hüququnu əldə etdi.


O və Hahn işlərini gücləndirdilər və birlikdə radioaktiv geri çəkilmə kəşf etdilər. Bu uğurlardan bəziləri Hahna aid olduğundan, o, Kaiser Wilhelm Kimya İnstitutundan təklif aldı. Lisr onunla birlikdə getdi və bir neçə il qonaq tədqiqatçı olduqdan sonra institutun tədqiqatlarına rəhbərlik etdi. Bununla da o,  institutda çalışan ilk qadın kimi tarixə düşdü.

 

Hahn 1914-cü ildə başlayan müharibədən sonrakı illərdə orduya qatıldı. O orduda ikən Lise tərəfindən protaktinium kəşf edildi.


Uran və torium arasında itkin elementi axtararkən tapdıqları bu elementin kəşfində Lisenin böyük payı olsa da, təsvir etdikləri məqalədə onun adı gizlənmişdi.

 

Lise bu zorakılığa artıq öyrəşərək,  işləməyə davam edirdi. Bütün bunlara baxmayaraq, o, Almaniya universitetlərindən birində professor adını alan ilk qadın oldu.
Uğursuzluqların bitməyəcəyinə qərar verdi, təhsil sisteminin təzyiqi bitdi və nasistlərin təzyiqi başladı.


Uğursuzluq ardınca isə uğursuzluq davam edirdi: təhsil sisteminin təzyiqi bitib, nasistlərin təzyiqi başlamışdı. 
Bu təzyiq onu bütün təhsilini atıb İsveçə mühacirət etməyə məcbur etdi. O, İsveçə professor kimi getdi və köməkçi maaşı ilə demək olar ki, mövcud olmayan akademik imkanlarla yaşamağa başladı.

 

O gedəndən sonra Hahnla işinin əhəmiyyəti dərk edildi və bu uğur hətta Nobel mükafatı ilə qiymətləndirildi.

 

Kimyada ağır nüvələrin parçalanmasının kəşfi ədəbiyyata “nüvə parçalanması” adı ilə gətirilsə də, mükafatda Liesenin adı çəkilmədi. Yalnız Hahn mükafata layiq görüldü və mükafat nitqində bu işə böyük töhfə verən dostunun adını belə çəkmədi.

 

Köhnə dostu bütün uğurları öz adına götürsə də, onların komandasında çalışan tədqiqatçı Lieseni unutmadı.


“Lise Meitner araşdırma qrupunun intellektual lideri idi” deyərək onun hüquqlarını qorusa da, Lise minlərlə kilometr uzaqlıqda yaşadığı haqsızlıq hissi ilə uzun illər mübarizə apardı.

 

Müxtəlif yollarla qarşısı alınmağa çalışılsa da, elmin cinsi olmadığının ən böyük sübutlarından biri kimi bu günümüzə belə işıq salmasını bacarmışdır.

 

Xanım

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19532
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11956
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5387
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5312
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5033
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3774
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3346
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3242
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3066
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2808
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2696
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2379
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2280
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2030
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1941