AZ

“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”

 “ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun 22 aprel 2024-cü il tarixində dərc etdiyi hesabatda Ermənistanda işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza və digər oxşar sui-istifadə hallarına istinad edilib.
 
Moderator.az xəbər verir ki, “Joqovurd” qəzetinin dərc etdiyi məlumatda belə yazır.
 
“İstintaq Komitəsinin icazə verdiyi işgəncə hallarının araşdırılması Milli Təhlükəsizlik Xidmətinə həvalə edilir, lakin hüquq müdafiəçiləri hesab edirdilər ki, bu araşdırmalar müstəqil və şəffaf aparılmayıb, mötəbər araşdırmalar üçün zəruri olan ictimai nəzarət təmin edilməyib...
 
İnsan hüquqlarının pozulması ilə bağlı bir neçə açıq-aşkar işlərə cinayətkarın siyasi xadim olması səbəbindən baxılmayıb. Məsələn,  parlamanet sdəri Alen Simonyanın vətəndaşın üstünə tüpürməsi və məsuliyyətə cəlb edilməməsi ilə bağlı ilk hadisə hakimiyyətin nəzarətində olan mütləq cəzasızlığa çevrilib. Bu vəziyyət onların hökumət tərəfindən yönləndirildiyi hüquq-mühafizə sisteminə mənfi təsir göstərir.
 
Müvafiq olaraq, hesabatda təqdim olunan etibarlı məlumatlar, polis islahatlarının monitorinqi məlumatları əsasında Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin 25 iyulda təqdim etdiyi hesabatda 2021- 2022-ci il ərzində polisə insan hüquqlarının pozulması ilə bağlı 199 məlumat daxil olub ki, bu da 2021-ci illə müqayisədə 20 faiz çoxdur. 
 
Məsələn, fevralın 10-da polis Erebuni polis bölməsində həbs edilmiş şəxslərə hüquqi yardım göstərən vəkillər Marzpet Avaqyan və Emanuel Ananyanı döyüb.
 
Silahlı Qüvvələrdə ləyaqəti alçaldan rəftarla bağlı xəbərlər davam edib.
 
Zorakılığın bu sürətlə artmasının səbəbi və zorakılıq törədənlərin sonda müvafiq məhkəmələrdən cəzalarını alıb-almayacağı bəlli deyil”, -erməni nəşri belə yazır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla