AZ

Kalori məhdudiyyəti bəzi antikorlara görə piylənməni yavaşladır

Alimlər müəyyən yaşa çatdıqdan sonra artıq çəkinin yaranmasının mexanizmini kəşf ediblər.

Aztibb.az “Cell Metabolism”ə istinadən xəbər verir ki, tədqiqata əsasən İgG antikorlarının kilo artmasının günahkarları olduğu müəyyən edilib.

Müxtəlif yaşlarda olan insanlardan və siçanlardan götürülmüş piy toxuması üzərində aparılan araşdırmalar nəticəsində alimlər qocalıq yaxınlaşdıqca IgG konsentrasiyasının artmasına diqqət çəkiblər.

Qeyd olunub ki, yığılma erkən yaşlarda başlayır və “kritik kütlə”yə çatdıqda insulinə həssaslığın azalması və şəkərli diabet inkişaf edə bilər.

IgG antikorlarının yığılmasını yavaşlatmaq üçün elm adamları gündəlik pəhrizin kalorili məzmununu azaltmağı təklif ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla