AZ

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Bakı. Trend:

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yoladüşüb.

Trend xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə -65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsindəməcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlədoğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdanLaçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarınagörə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızıişğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla ümumilikdə Laçın şəhərinə 1838 nəfər (493 ailə)köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 823 nəfərə (217ailə) çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
10
Mənbələr
Şərh ()
Bağla