AZ

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Tülkü

Bakı, 30 aprel, AZƏRTAC

Argentinanın Pataqoniya bölgəsində aparılmış tədqiqatlar vaxtilə yerli əhalinin tülküləri əhlilləşdirdiyini sübut edir.

AZƏRTAC xəbər verir ki, məlumat beynəlxalq elmi jurnallarda dərc olunub. Pataqoniyada 1500 illik qəbri açan arxeoloqlar burada insan skeleti ilə yanaşı tülkü skeletinə də rast gəliblər. Bu da insanların həmin dövrdə tülkünü ev heyvanına çevirdiklərini deməyə əsas verir. Halbuki Pataqoniyada itlər təxminən 900 il əvvəl əhlilləşdirilib.

Tarixçilərin fikrincə, əhlilləşdirilmiş tülkülər pataqoniyalı ovçuları və yığıcıları gündəlik həyatda müşayiət edib. Onların ölçüləri də indiki tülkülərdən daha böyük – müasir alman çoban iti ölçüsündə olub.

Qəbirdə aşkar edilmiş tülkünün qidalanması da maraq doğurur. Biokimyəvi analiz göstərir ki, tülkünün qidası o dövrün sakinlərindən çox da fərqlənmir. Bu dördayaqlıların əsas yeməyi qarğıdalı və digər bitkilər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
1
Mənbələr
Şərh ()
Bağla