AZ

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Bakupost.az APA-nıya istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist, ictimai siyasi xadim Maksim Şevçenko öz teleqram kanalında məlumat yayıb.

Bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralanıb.

"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", deyə Şevçenko teleqram kanalında yazıb.

Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.

Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.
Seçilən
6
10
Mənbələr
Şərh ()
Bağla