AZ

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Bakı, 30 aprel, AZƏRTAC

İsveçin Visiniqso adasındakı tarixi Brahekirkan kilsəsində dəfinə tapılıb.

AZƏRTAC xəbər verir ki, kilsəyə istilik sistemi quraşdırılmazdan əvvəl təftiş üçün əraziyə arxeoloqlar dəvət edilib. Onlar kilsə divarının yanında qazıntı zamanı 2 skelet aşkar ediblər. Skeletlərdən birinin ayaq tərəfində aşkar edilmiş dəfinədə 170 gümüş sikkə olub.

Numizmatik tədqiqatlar sikkələrin 1150-1180-ci illərdə zərb edildiyini aşkara çıxarıb. Onların ən maraqlı xüsusiyyəti brakteat, yəni bir üzünün hamar olmasıdır. Bu tip sikkələr Skandinaviya ölkələrində daha geniş yayılıb.

Seçilən
129
2
Mənbələr
Şərh ()
Bağla