AZ

Azərbaycanda dərsdən sonra yoxa çıxan azyaşlı tapıldı

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini doqquz yaşlı Yasin Hüseynli tapılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məktəbli Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.


Telegram kanalımız
Seçilən
105
3
Mənbələr
Şərh ()
Bağla