AZ

“Barselona” Levandovskinin het-triki ilə qalib gəldi - VİDEO

İspaniya La Liqasının növbəti turu çərçivəsində “Barselona” evdə “Valensiya”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, hesabı 22-ci dəqiqədə meydan sahibləri açıblar, Lopez fərqlənib.

Sonradan qonaqlar ardıcıl iki qol vursalar da, ilk hissənin sonlarında azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan katalonlar Levandovskinin het-triki sayəsində qalib gəliblər - 4:2.

Hazırda “Barsa” 73 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 47 xalla səkkizincidir.

 

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla