AZ

Terim Ağayevin idarə etdiyi oyunda niyə əsəbiləşdi və nə etdi? – VİDEO

Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” öz meydanında “Aris”ə 0:1 hesabı ilə məğlub olaraq çempionluq yolunda böyük zərbə alıb.

Sportinfo.az xəbər verir ki, məğlubiyyətdən əsəbiləşən Terim mobil telefonunu yerə çırpıb.

Təcrübəli məşqçini matçdan sonra azarkeşlər də fitə basıb.

Ardıcıl ikinci dəfə məğlub olan “Panatinaikos” turnir cədvəlində 71 xalla üçüncü sırada qərarlaşıb. Terimin komandası çempionatın bitməsinə 2 həftə qalmış lider AEK-dən 4 xal geridədir.

Məlumat üçün bildirək ki, “Panatinaikos” və “Aris” arasında keçirilən matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib./BAKU.WS

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla