AZ

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ən son TikTok videolarından birində paylaşıb.


Sfera.az bildirir ki, 11 uşaq anası tez-tez sosial mediada ailə həyatından parçalar paylaşır. Bu yaxınlarda Yalansiya Rosario nəhayət həmişə xəyal etdiyi qız övladına sahib olduğunu açıqlayıb.


O etiraf edib ki, bir çoxları onun artıq qız dünyaya gətirə bilməyəcəyinə əmin olublar. İlk dəfə 2009-cu ildə ana olan gənc qadın, sonuncu dəfə biri qız, biri oğlan olmaqla, əkiz övladlar dünyaya gətirib.

 

"Onuncu oğlum və birinci qızım! Hamının heç vaxt olmayacağını söylədikdən sonra doğulmaqları…." - gənc qadın paylaşımda başlıq yazıb.

 

Yalansiya əksər tanışlarının əkizlər dünyaya gəlməmişdən əvvəl hər ikisinin oğlan olacağına əmin olduqlarını bildirib.

 

O, bu yaxınlarda əkizlərinin, Ancelita adını verdiyi sevimli qızının bir neçə fotosunu paylaşıb.


Sosial şəbəkə istifadəçiləri onun qız övladı dünyaya gətirməkdə bu qədər qərarlı olmasına heyran olub. Şərhlərdə hər kəs körpələrə və anaya xoş sözlər yazıb.

 

Aynil

Sfera.az
 

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla