AZ

Avropanın məşhur klubu “Qarabağ”ın yarımmüdafiəçisini transfer etmək üçün addım atdı

“Nitsa” “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianı heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Nitsa”artıq futbolçunun transferi üçün hərəkətə keçib.

Yassin Benzianın “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Əlcəzairli legioner əvvəllər Fransada “Lion” və “Lill”in şərəfini qoruyub.

Seçilən
77
49
Mənbələr
Şərh ()
Bağla