AZ

Misir və ABŞ liderləri Rəfahda eskalasiya riskini müzakirə ediblər

 Misir prezidenti Əbdülfəttah əs-Sisi amerikalı həmkarı Co Bayden ilə Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində İsrail hərbi əməliyyatının risklərini müzakirə edib.














Ucnoqta.az xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi məlumat verib.






“Telefon danışığında tərəflər Qəzzada atəşkəsin yaradılması üzrə danışıqların gedişini müzakirə ediblər, həmçinin Fələstinin Rəfah şəhərində hərbi eskalasiyanın anklavda humanitar vəziyyət, eləcə də təhlükəsizlik üçün əhəmiyyətli risklər yaratdığını vurğulayıblar”, – Fəhmi öz Facebook səhifəsində yazıb.






Prezidentlər iki dövlət prinsipinin həyata keçirilməsinin Yaxın Şərqdə təhlükəsizlik və sülhə nail olmağın əsas yolu olduğunu qeyd edərək, Qəzza sakinlərinin anklavlara çatdırılan humanitar yardımlara tam çıxışını təmin etməyə çağırıblar.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla