AZ

"Serial çəkirlər, aktyora "yolçu" pulu verirlər"

"Serial üçün yaxşı pul ayrılır, amma vermirlər. 52 bölüm çəkirlər, aktyorlara hər bölümünə görə 500 manat verməlidirlər. Əvəzinə 1500 manat verir və bir ayın içində səni seriala çəkir və yola salır". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili “Elgizlə izlə” verilişində deyib. O, aktyorlara verilən qonorardan şikayət edib:

"Yaş dövrü var, toylara getmirəm. Film və seriallar olsun, mən də çəkilim. Restoranlara qaçmaq vaxtım deyil, artıq 66 yaşım var. Bu saat biznesi sənətdən uzaq insanlar idarə edirlər. Elə insanlar prodakşın açır və iş görür ki, o pulu özü götürür, amma aktyorlara “yolçu” pulu verirlər".

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla