AZ

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verdi

Şotlandiyanın baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusuf istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Yusifin istefası Britaniyanın müxalif İşçi Partiyasına bu ilin sonunda gözlənilən milli seçkilərdə Şotlandiyada yenidən hakimiyyəti ələ keçirməyə imkan verə bilər.

Müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) Yaşıllar Partiyası ilə koalisiya müqaviləsini ləğv etməsi müzakirələrə səbəb olub.

Bu müzakirələrdən sonra istefa verən Şotlandiyanın ilk müsəlman baş naziri Yusifin bu həftə keçirilməsi gözlənilən etimad səsverməsindən kifayət qədər dəstək ala bilməyəcəyi proqnozlaşdırılıb.

Günel Məlikzadə


Seçilən
63
Mənbələr
Şərh ()
Bağla