AZ

Fransa Rusiyaya qarşı sanksiyaları effektiv hesab etməkdə davam edir

Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının çökdüyünü bir daha bəyan edib və əlavə edib ki, onları effektiv hesab etməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, LCI telekanalının efirində bildirib.

“Mən bunda israr edirəm və sanksiyaların Rusiyanı hərbi ehtiyaclara həddən artıq xərcləməyə məcbur etməkdə təsirli olduğuna razıyam”, – deyə Brüno Le Mer bildirib.

Nazir əmindir ki, Rusiya iqtisadiyyatının hazırkı artımını yalnız hərbi xərclər müəyyən edir. Həmçinin, onun sözlərinə görə, Rusiya innovasiya, tədqiqat və süni intellektə investisiya qoymur.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla