AZ

Gözlənilməz görüş: Entoni Blinkenlə Hakan Fidan Ər-Riyadda nələri müzakirə etdilər

Türkiyə mediası Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Ər-Riyadda gözlənilməz görüş keçirib.

Hər iki diplomat Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gəlib. TRT-nin məlumatına görə, Blinken və Fidan İsraili Fələstindəki döyüşləri mümkün qədər tez dayandırmağa məcbur etmək imkanlarından, Qəzzaya humanitar yardımların artırılması yollarından və müharibə edən tərəfləri münaqişənin tam həllinə çatdırmağın yollarından danışıblar.

Səhər saatlarında Entoni Blinken ABŞ-ın İsrailə dəstəyini dayandırmayacağını, lakin döyüşləri mümkün qədər tez saxlatmaq stədiyini vurğulayıb: “Mülki əhalinin maksimum müdafiəsi, maksimum dəstək bizim əsas məqsədimizdir. İndi buna son qoymağın ən sürətli yolu atəşkəsə nail olmaq və girovların azad edilməsidir. Buna nail olmaq üçün də fövqəladə səylər göstərilib”, – Blinken deyib.

Xatırladaq ki, Ər-Riyad Körfəz Əməkdaşlıq Şurasının konfransına ev sahibliyi edir. ABŞ və Türkiyə xarici işlər nazirlərinin Şuranın işində iştirak edib-etmədiyi dəqiqləşdirilməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq